16 Ağustos 2021 Pazartesi

About Rhinoplasty

Rhinoplasty (ancient Greek: rhis, rhinos-nose + ancient Greek: plastic-sculpture, shaping) - is the correction of congenital or acquired deformities of the nose, as well as the complete restoration of the missing nose. burun emeliyyati rinoplastika People turn to rhinoplasty to correct nasal breathing problems, traumatic or congenital defects, or simply because they are dissatisfied with the shape of the nose.

23 Temmuz 2021 Cuma

Qədimdə rinoplastika

Rinoplastika haqqında ilk xatırlatmalara qədim hind manuskripti Susrutas Ayur Veda-da rast gəlmək mümkündür. Ayurveda (“Həyat bilgisi”) qədim hind ədəbi abidəsidir. Onun əsasında Qədim Hindistan tibbi haqqında təsəvvür əldə etmək mümkündür. Ayurveda demək olar ki, toplanmış biliklərin elmi tədqiqatlara əsaslandığı ilk tibbi əsərdir. Ancaq xəstəliyin gedişi ərzində müdaxiləyə və onların müalicəsində ilahi, fövqəltəbii qüvvələrin gücünə daha çox yer ayrılmış, dini ayinlər təsvir edilmişdir. Bu əsər bir çox onilliklər ərzində, tədricən yaradılmışdır. “Ayurveda” –nnı qədim redaksiyası həkim Atreyə, daha sonrakı redaksiyası-həkim Xarakeyə (Çarakeyə), daha çox qorunub saxlanılan redaksiyası isə Suşriteyə məxsusdur. “Suşrita-samxita” - cərrahiyyə haqqında traktatdır. Hindistanlı cərrahlar əməliyyatların keçirilməsi zamanı sterilliyə riayət edilməsində əhəmiyyətli uğurlara nail olmuş, cərrahi alətlərdən məharətlə istifadə etmişlər. Onlar döyüşlərdə və ya hakimin hökmünə əsasən itirilmiş və şikəst edilmiş burun, qulaqlar, dodaqların bərpa edilməsi texnikasını mənimsəmişdirlər. Rinoplastika zamanı yanaq dərisindən istifadə edərək burnu bərpa edirdilər. Sonralar transplantatı alın nahiyəsindən alırdılar. Bunun üçün alından qidalanan hissədən dəri parçası kəsirdilər. Parçada qan dövranı saxlanılırdı ki, bu da onun tez bir zamanda uyğunlaşmasına səbəb olurdu. Bu üsulun çatışmazlığı dərinin götürüldüyü yerdə çapığın qalması idi. Hindistanın bir çox cərrahları rinoplastika texnikasını mənimsəmişdilər. Bu texnika get-gedə daha çox təkmilləşdirilmişdir. İngiltərəli alimlər C.Findey və T.Krusso 1494-cü ildə Bombeydə gördükləri rinoplastika əməliyyatının təsvirini verirlər. İngiltərəli hərbi cərrah Lyukas rinoplastika əməliyyatını icra etməyi öyrənmiş və daha sonra hind texnologiyasını tətbiq edərək, xəstələr üzərində çox sayda əməliyyat aparmışdır.

15 Temmuz 2021 Perşembe

Rinoplastika nədir?

Rinoplastika burun sümüklərini sındırmadan kəsməsinə şərait yaradan estetik burun əməliyyatıdır. Rinoplastika cərrahları illər əvvəl sümükləri qırmaq üçün çəkic, habelə iskənədən istifadə etməklə eyni prinsipə arxalanırdılar. Artıq yaranan yeni Ultrasonik texnologiyası seçimlərinin müasir dövrünü açdı. Rinoplastika bitişik toxuma travmasını zədələmədən sümükdə dəyişikliklərin edilməsinə şərait yaradaraq keyfiyyətli bir texnologiyadan istifadə edir. Xəstələr Piezo Rinoplastikasından sonrası yüngül ağrıdan, göyərmədən, şişmədən əziyyət çəkir.